Ankarada 16 terrorçu barəsində həbs qərarı çıxarıldı


  • 16:46

Türkiyənin Ankara şəhərində 16 terrorçu barəsində həbs qərarı çıxarılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara Respublika Prokurorluğu THK/DHK silahlı terror təşkilatının üzvü olduğu müəyyən edilən və vilayət daxilində fəaliyyət göstərən 16 şübhəli haqqında həbs qərarı çıxarıb.

Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində şübhəlilərin terrorçuluğu təbliğ etdiyi və təşkilatın daxilində fəaliyyət göstərdiyi müəyyən edilib.

Şübhəlilərin tutulması üçün əməliyyatlar davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər