Hindistan hökuməti Pakistan müdafiə nazirinin sosial media hesabı bloklayıb


  • 17:01

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin "X" sosial media hesabı Hindistan hökuməti tərəfindən bloklanıb.

E-huquq.az xəbər verir ki, bu barədə NDTV xəbər kanalı məlumat yayıb.

Məlumata görə, Hindistan hökuməti "Dawn" və "Geo News" daxil olmaqla Pakistanın 16 aparıcı media təşkilatının "YouTube" kanallarına girişi bağlayıb.

Hazırda Hindistanda yaşayan xeyli sayda Pakistan vətəndaşı Yeni Dehli hökumətinin tələbi ilə ölkələrinə qayıtmağa davam edir. Cammu və Kəşmirdəki terror hücumundan sonra vizası ləğv edilən və aprelin 27-dək Hindistanı tərk etməsi tələb olunan Pakistan vətəndaşlarının əksəriyyəti ölkəni tərk edib. Verilən müddətdə ölkəni tərk edə bilməyən Pakistan vətəndaşlarının sərhəd bölgələrində geri qaytarılması prosesi davam edir. Bu səbəbdən də sərhəddə sıxlıq yaranıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər