İspaniyada elektrik enerjisinin kəsilməsi 7 nəfərin ölümünə səbəb olub


  • 17:39

İspaniyada elektrik enerjisinin kəsilməsi 7 nəfərin ölümünə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bazar ertəsi İspaniyada, Portuqaliyada, Fransa və digər Avropa ölkələrində elektrik enerjisinin kəsilməsi hava və dəmir yolu nəqliyyatının hərəkətində axsamlara səbəb olub.

Bir sıra Avropa ölkələrinin ərazisində mobil rabitə pozulub, bankomatlar və ödəniş sistemləri işləməyib.

İspaniyanın Mülki Qvardiyasının açıqlamasında bildirilir ki, paytaxt Madridin Karabançel məhəlləsindəki binada 52 yaşlı bir həyatını itirib, 13 nəfər isə tüstüdən zəhərlənib.

Bütün ölüm hadisələri ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər