- 21:44
Gələn həftə Almaniyada fəaliyyətə başlayacaq yeni hökumətin miqrasiya siyasətini sərtləşdirməyi planlayır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yeni dövrdə Baş nazirin müşaviri vəzifəsini icra edəcək Thorsten Frei məlumat verib.
Yeni hökumətin hakimiyyətə gəlməsindən dərhal sonra Almaniya sərhədlərinə nəzarətin genişləndiriləcəyini və gücləndiriləcəyini söylədi. O, gələn həftədən etibarən miqrasiya ilə bağlı daha sərt qaydaların tətbiq ediləcəyini bildirib.
“Almaniyaya qeyri-qanuni yollarla girməyə çalışan hər kəs bilməlidir ki, onların səfəri mayın 6-dan etibarən Almaniya sərhəddində başa çatacaq” - deyə müşavir əlavə edib.
Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) qanun və direktivlərinə uyğun olaraq, sığınacaq axtaran şəxslər müraciətlərini daxil olduqları ilk Aİ ölkəsində təqdim etməlidirlər.
Qeyd edək i, Almaniya parlamenti mayın 6-da Fridrix Mersi Olaf Şoltzun yerinə kansler seçməsi üçün toplanacaq və yeni hökumət rəsmən öz vəzifəsinə başlayacaq.
Şəbnəm Mehdizadə