- 21:44
Ötən il Avropa İttifaqında (Aİ) 93,3 milyon insanın yoxsulluq riski ilə üzləşdiyi bildirilir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib.
Məlumata görə, keçən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.
Beləliklə, Aİ ölkələrində ümumilikdə 93,3 milyon insan yoxsulluq həddinin altında yaşayır.
Yoxsulluq həddinin altında yaşayan insanların ən yüksək olduğu ölkələr 30,3 faizlə Bolqarıstan, yüzdə 27,9 ilə Rumıniya, 26,9 faizlə Yunanıstan, yüzdə 25,8 ilə İspaniya və Litva olub.
Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr 11,3 faizlə Çexiya, 14,4 faizlə Sloveniya, 15,4 faizlə Hollandiya, 16 faizlə Polşa və 16,7 faizlə İrlandiya olub.
Yoxsulluq səviyyəsi Almaniyada 21,1, Fransada 20,5, İtaliyada 23,1 faiz olub.
Şəbnəm Mehdizadə