- 13:45
Türkiyənin Muğla əyalətinin Bodrum rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 02:48-də baş verib.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Şəbnəm Mehdizadə