Türkiyənin 28 vilayətində yağışlı havaya görə sarı xəbərdarlıq verilib


  • 13:38

Trükiyənin 28 vilayəti üçün leysan yağışlarla bağlı sarı xəbərdarlıq verilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, bu gün ölkənin əksər bölgələrində şiddətli leysan və tufan olacaq.

Havanın temperaturunun mövsümi normalar ətrafında olacağı gözlənilir.

Mərmərə bölgəsi, Şərqi Aralıq dənizi, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində şimal və şimal-şərqdən güclü külək əsəcəyi gözlənilir.

Proqnozlara görə, həmçinin bu gün günorta saatlarından başlayaraq Ankara, Eskişehir, Kütahya, Bolu və Karabükdə leysan xarakterli intensiv yağış yağacaq, şimşək çaxacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər