- 16:28
Türkiyənin İstanbul şəhərində bəzi yollar bağlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Belə ki, 1 May Beynəlxalq Əmək Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Beyoğlu, Şişli, Beşiktaş, Kadıköy və Kartalda bəzi yollarda avtomobil və piyada keçidinə icazə verilmir.
Həmçinin, Tədbirlər çərçivəsində Çağlayan, Mecidiyeköy və Zincirlikuyu metrobüs dayanacaqları və Marmaray Sirkeci Stansiyası hər iki istiqamətdə xidmətə bağlanıb.
Yol polisi əməkdaşları Taksim meydanından istifadə etmək istəyən vətəndaşlardan alternativ yollardan istifadə etmələrinə dair çağırış edib.
Şəbnəm Mehdizadə