- 09:23
ABŞ Enerji Departamentinin tədqiqatçıları karbon qazını istifadə edilə bilən maye yanacağa çevirmək üçün cihaz kəşf ediblər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu texnologiya bərpa olunan enerji texnologiyasında inqilabi yenilik kimi qiymətləndirilir.
Fotosintez prosesindən nümunə götürən tədqiqat qrupunun rəhbəri Peidong Yang fotosintezin əsas xüsusiyyətlərini təqlid edən bir cihaz hazırlayıb.
Laboratoriyanın baş professoru olan Yang bildirib ki, bu cihazın kəşfində təbiətdən ilham alıb.
Qurğu fotoabsorberlər ilə təbii fermentləri təqlid edən gülşəkilli mis katalizatorları birləşdirir.
Yeni sistem yalnız mis kimi qeyri-üzvi elementlərə əsaslanır və daha yaxşı dayanıqlıq və sabitlik təmin edir.
Şəbnəm Mehdizadə