- 19:38
Türkiyənin İstanbul şəhərində 3 gecəqonduda yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun tarixi bölgəsi olan Fatihdə gecə saatlarında böyük yanğın təlaşı yaşanıb.
Naməlum səbəbdən baş verən yanğın eyni vaxtda bitişik üç gecəqondunu əhatə edib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.
Yanğınsöndürənlər dar küçələr və köhnə tikililər səbəbindən yanğını söndürmə işlərinə çətinliklə davam edir.
Yanğının ətrafdakı digər tikililərə keçməsinin qarşısını almaq üçün gərgin mübarizə aparılır.
Hadisə yerinə təhlükəsizlik və tibb qrupları da cəlb olunub.
Hələlik yanğının səbəbləri və mümkün tələfatla bağlı rəsmi açıqlama verilməyib.
Şəbnəm Mehdizadə