- 19:38
Yeni Zelandiyanın bəzi bölgələrində, o cümlədən ölkənin ikinci böyük şəhəri Kraystçörçdə güclü külək səbəbindən fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xarici KİVə istinadən xəbər verir ki, güclü yağış və külək ölkədə bir sıra fəsalar yaradıb.
Paytaxt Vellinqtonda sürəti saatda 120 kilometrə çatan külək və aramsız yağıntılar səbəbilə bəzi bölgələrdə daşqın yaşanıb və məktəblər bağlanıb.
Vellinqton hava limanında çoxlu reyslər ləğv edilib, əlverişsiz hava şəraiti səbəbindən şəhər üzrə bəzi dəniz reysləri də dayandırılıb.
Səlahiyyətlilər əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edə biləcəyi barədə xəbərdarlıq edib və insanları evdə qalmağa çağırıb.
Küləyin xüsusilə sahilyanı ərazilərdə güclənə biləcəyini bildirilib.
Meteoroloji xidmət küləklərin ağacların aşmasına və elektrik enerjisinin kəsilməsinə səbəb ola biləcəyini qeyd edib.
Şəbnəm Mehdizadə