- 19:38
ABŞ-də göyöskürək xəstələrinin xeyli artıb.
E-huquq.az ABŞ mətbuatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk dörd ayında xəstələrin sayı 8,485 nəfərə çatıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Tənəffüs yollarının bakterial infeksiyası olan göy öskürək xəstəliyi xüsusilə körpələr və azyaşlı uşaqlar üçün həyati təhlükə yaradır. Şiddətli öskürək tutmaları ilə özünü göstərən xəstəlik pnevmoniya və qıcolma kimi ciddi fəsadlara səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 24 milyon göy öskürək faktı qeydə alınır. İl ərzində dünyada 160 mindən çox uşaq bu xəstəlikdən ölür. 2020-2022-ci illərdə pandemiya ilə əlaqəli olaraq maskalardan istifadə və sosial uzaqlaşma tədbirləri sayəsində göyöskürək halları çox aşağı səviyyələrə düşüb. Lakin son iki ildə bu sahədə artım müşahidə edilir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 2024-cü ildə 35 000-dən çox faktın qeydə alındığını bildirdi. Bu rəqəm pandemiyadan əvvəlki 2019-cu ildəki halların sayından təxminən iki dəfə çoxdur. Göyöskürək peyvənd olunmamış insanlara keçdikdə yoluxma riski 80 faiz təşkil edir. Körpələr, xüsusən də 6 həftədən kiçik olanlar, peyvənd oluna bilmədiklərinə görə ən yüksək risk qrupun hesab olunur.
Şəbnəm Mehdizadə