Almaniyada liman yaxınlığında partlayış olub, çox sayda yaralı var


  • 17:30

Almaniyanın şimalındakı Şlezviq-Holşteyn federal əyalətinin Timmendorfer Strand limanı ərazisində partlayış baş verib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Hamburger Morgenpost” qəzeti məlumat yayıb.

Partlayışın səbəbləri hələki məlum deyil.

Hazırda hadisə yerində polis, yanğınsöndürən və xilasedicilər işləyir.

İlkin məlumatlara görə, çoxlu sayda insan xəsarət alıb.

Humay Eminqızı

Oxşar xəbərlər