- 18:36
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Maykl Valts istefa verib.
E-huquq.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Telekanala danışan rəsmi mənbə Valts və müavini Alex Vonqun bu gün ofisi tərk etdiyini təsdiqləyib.
Mənbə istefaların elan ediləcəyini və Prezident Donald Trampın məsələ ilə bağlı ictimaiyyətə açıqlama verəcəyini deyib.