- 21:06
ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkəti məhsullarının istehsalını Çindən ABŞ bazarına köçürdüyünü açıqlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki. bu barədə şirkətin baş icraçı direktoru (CEO) Tim Kuk məlumat verib.
O, yaxın aylarda ABŞ-da satılacaq “İPhone”ların əksəriyyətinin Hindistanda istehsal ediləcəyini açıqlayıb.
Tim Kuk həmçinin Apple, iPad və Apple Watch kimi digər məhsulların əsasən Vyetnamda istehsal ediləcəyini söyləyib.
İcraçı direktor investorlara bildirib ki, ABŞ-a idxal olunan mallara tətbiq edilən tariflər şirkətə bu rübdə təxminən 900 milyon dollara başa gələ bilər.
Kuk şirkətin tədarük zəncirini Çindən kənara çıxarma prosesi xüsusi olaraq ABŞ bazarına yönəldiyini vurğulayıb.
Çin isə qlobal satışlar üçün əsas istehsal mərkəzi olmağa davam edəcək.
Şəbnəm Mehdizadə