Hindistanda məktəbdə paylanan yeməkdə ölü ilan tapılıb, 100-dən çox şagird zəhərlənib


  • 09:32

Hindistanın Bihar əyalətində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.

E-huquq.az yerli mətbuata istinaədn xəbər verir ki, 100-dən çox uşağın məktəbdə nahar etdikdən halı pisləşib.

Hadisə ilə bağlı Hindistan Milli İnsan Haqları Komissiyası (NHRC) tərəfindən araşdırmalara başlanılıb.

Komissiyanın məlumatına görə, hadisə Bihar əyalətinin Mokama şəhərində baş verib. Təxminən 500 şagirdə pulsuz paylanan pulsuz yeməyin içində ölü ilan tapılıb. Lakin məktəbin aşpazı ilanı yeməkdən çıxarıb və onu uşaqlara paylayıb.

Yeməkdən sonra bir çox şagird xəstələndiyi üçün yerli əhali etiraz edərək yolu bağlayıb.

Komissiyanın bəyanatında deyilir ki, əgər iddialar doğrudursa, bu, tələbələrin insan hüquqlarının ciddi şəkildə pozulduğunu göstərir.

Qeyd edək ki, yoxsul ailələrin uşaqları üçün pulsuz məktəb yemək proqramı ilk dəfə 1925-ci ildə Hindistanın cənubundakı Çennai şəhərində həyata keçirilib. Ölkənin hər yerində geniş şəkildə tətbiq olunan bu kampaniyanın məqsədi uşaqların aclığa qarşı mübarizəsinə dəstək olmaq və məktəbə davamiyyəti artırmaqdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər