Pakistan Əfqanıstan yük maşınlarının Hindistana keçməsinə icazə verib


  • 09:42

Pakistan 150 əfqan yük maşınının Hindistana keçməsinə icazə verib.

E-huquq.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanat yayıb.

“Pakistan hökuməti Əfqanıstanla qardaşlıq münasibətlərini nəzərə alaraq, Hindistana tranzit yüklər daşıyan və 25 aprel 2025-ci il tarixindən əvvəl Pakistana daxil olan əfqan yük maşınlarının yükləri çatdırmaq üçün Vagah sərhədindən keçməsinə icazə vermək qərarına gəlib”, - deyə bəyanatda bildirilir.

Rəsmi İslamabad aprelin 24-də Pahalqam rayonunda baş verən terror hücumundan sonra Hindistanla bütün ticari əlaqələri dayandırıb, hava məkanını və quru sərhədini bağlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər