- 21:06
Türkiyədə qanunsuz miqrasiya ilə mübarizə tədbirləri və yoxlamalar davam edir.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Nazir bildirib ki, aparılan yoxlamalar zamanı 1-i xarici ölkə vətəndaşı olmaqla 21 miqrant qaçaqmalçısı və 547 qeyri-qanuni miqrant saxlanılıb.
Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Humay Eminqızı