- 2 May 21:06
Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində aparılan istintaq çərçivəsində 45 şübhəli barəsində həbs qərarı çıxarıb.
Jandarma Komandanlığı mərkəzi İzmir olmaqla Adana, Osmaniye və Manisada eyni vaxtda əməliyyat keçirib.
Əməliyyatlar zamanı 35 şübhəli yaxalanıb.
Bir şübhəlinin xaricdə olduğu müəyyən edilib.
Digər 9 şübhəlinin tutulması istiqamətində tədbirlər davam edir.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar və qadağan olunmuş nəşrlər ələ keçirilib.
Şəbnəm Mehdizadə