- 2 May 21:06
Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az xəbər verir ki, Bursanın İnegöl rayonunda fəhlələri daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.
Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
Yaralılar İnegöl Dövlət Xəstəxanasına çatdırılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə