- 2 May 21:06
Türkiyənin Kütahya şəhərində növbəti dəfə güclü zəlzələ olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, Kütahyanın Simav rayonunda yerli vaxtla saat 15.51-də 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin təxminən 12,55 kilometr dərinliyində baş verib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə