- 2 May 21:06
Türkiyənin Artvin şəhərində torpaq sürüşməsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Artvinin Yusufeli rayonunda yol tikintisi zamanı torpaq sürüşməsi baş verib.
Sürüşmədən əvvəl fəhlələr ərazidən uzaqlaşıb.
Təxminən 20 təsərrüfatdan ibarət məhəlləyə gedən yol sürüşmə səbəbindən bağlanıb.
Komandalar bölgədə nəqliyyatın bərpası üçün işlərini davam etdirir.
Şəbnəm Mehdizadə