- 08:30
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Rustavi şəhərində İnterpol xətti ilə axtarışda olan xarici ölkə vətəndaşı saxlanılıb.
E-huquq.az xəbər verir ki, bununla bağlı Gürcüstan DTX məlumat yayıb.
Bildirilir ki, araşdırma zamanı saxlanılan şəxsin 2014-cü ildə Yaxın Şərqə getdiyi və “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulduğu müəyyən edilib. Saxlanılan şəxs döyüş əməliyyatlarında təcrübəyə malikdir və partlayıcı qurğular üzrə yüksəksəviyyəli mütəxəssisdir.
"Sözügedən şəxs terror təşkilatında xüsusilə mühüm fəaliyyətə görə məsuliyyət daşıyırdı. Axtarış nəticəsində şübhəlinin evindən müxtəlif dəlillər və elektron məlumat daşıyıcıları götürülüb. Terrorla Mübarizə Mərkəzi işi müvafiq kvalifikasiya üzrə davam etdirir", - deyə DTX-nin bəyanatında deyilir.