Məzmuna keç

Koçaryanın məhkəməsi baş tutmadı

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın işi üzrə məhkəmə iclası üç gün müddətinə təxirə salınıb.

E-huquq.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə hakim Anna Danibekyan məlumat verib.

Daha əvvəl vəkillər hakimin obyektivliyinə şübhə ilə yanaşdıqlarını deyərək, onun dəyişdirilməsi barədə vəsatət qaldırıblar.

“Vəsatətlə bağlı qərar martın 6-da elan ediləcək”, – deyə Danibekyan bildirib.