- 19:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 aylıq fasilədən sonra bu gün Şimali Kipr Türk Respublikasına gedəcək.
E-huquq.az xəbər verir ki, Türkiyə prezident administrasiyasının sözçüsü Fahrettin Altun Ərdoğanın Lefkoşa səfəri ilə bağlı açıqlama verib. O bildirib ki, Ərdoğan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarla görüşəcək. O, görüş zamanı Kipr məsələsi ilə yanaşı ikitərəfli münasibətlərin və beynəlxalq hadisələrin müzakirə ediləcəyini deyib.
Prezident Ərdoğan Lefkoşaya səfəri zamanı TEKNOFEST-də də iştirak edəcək.