İstanbuldakı zəlzələdən sonra afterşoklar bir ay davam edəcək


  • 3 May 17:04

İstanbulda aprelin 23-də baş verən zəlzələdən sonra afterşoklar bir ay davam edəcək.

E-huquq.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə zəlzələ üzrə ekspert, professor Şükrü Ersoy bildirib.

"Bu proses (4 bala qədər olan daha kiçik afterşoklar da daxil olmaqla) bir ay davam edəcək", - o qeyd edib.

Xatırladaq ki, Mərmərə dənizində 6,2 maqnitudalı zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb. Ölənlər və irimiqyaslı dağıntılar yoxdur.

Oxşar xəbərlər