Əraqçi: İranın nüvə silahına malik olmaq hüququ var


  • 3 May 19:00

Tehran İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnda israr edir.

E-huquq.az xəbər verir ki, bunu İslam Respublikasının Xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib: "İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzv dövlət kimi öz öhdəliklərinə sadiqdir, lakin eyni zamanda İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnda israrlıdır ki, bu da təbii olaraq zənginləşdirmə prosesini tələb edir... İranın nüvə silahına tam sahib olmaq hüququ var".

Onun sözlərinə görə, müqaviləyə üzv-dövlətlərdən “uranı zənginləşdirən, lakin eyni zamanda nüvə silahlarını tamamilə rədd edən bir neçəsi” var: “Buraya bir neçə Asiya, Avropa və Cənubi Amerika ölkəsi daxildir”.

Nazir vurğulayıb ki, “İran sülhməramlı nüvə proqramı ətrafında yaranmış süni böhranın həlli üçün diplomatik yolun seçilməsinə məsuliyyətlə yanaşır”: "Bu yolu davam etdirmək qarşı tərəfdən ciddi iradə və real yanaşma tələb edir".

Oxşar xəbərlər