ABŞ-də güclü zəlzələ oldu


  • 09:08

ABŞ-nin Nyu-Meksiko ştatında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Uayts Siti şəhərindən 57 km cənubda, zəlzələ ocağı 6,3 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Oxşar xəbərlər