- 20:34
Bu gün səhər saatlarından etibarən İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 13 fələstinli həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstinin "Wafa" agentliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır. Onların çoxu Xan Yunis şəhəri yaxınlığında, əl-Mavasi bölgəsində yerləşən çadır düşərgəsinə edilən hava zərbəsi nəticəsində həlak olub.