Putin: 2014-cü ildə Rusiya Qərblə mübarizəyə hazır deyildi


  • 16:17

2014-cü ildə Rusiya bütün Qərb dünyasına qarşı təkbaşına mübarizə aparmağa hazır deyildi və məhz buna görə həmin vaxt Ukraynada hərbi əməliyyata başlamaq real görünmürdü.

E-huquq.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“2014-cü ildə bu, demək olar ki, mümkünsüz idi. Ölkə bütövlükdə Qərblə cəbhə qarşıdurmasına hazır deyildi”, – Putin vurğulayıb.

O qeyd edib ki, hazırda Rusiya faktiki olaraq bütün Qərbə qarşı təkbaşına mübarizə aparır və bu, vəziyyətin belə inkişaf edə biləcəyini əvvəlcədən ciddi şəkildə nəzərə almağı tələb edirdi.

Oxşar xəbərlər