Yaşayış binasında güclü partlayış: 12 nəfər yaralandı


  • 09:58

Türkiyənin Konya şəhərində yaşayış binasında partlayış baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Konyanın Karatay rayonunda yerləşən 4 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verib.

Hadisə nəticəsində 12 nəfər yaralanıb.

Yaralılar təcili yardımla ətrafdakı xəstəxanalara aparılıb.

İlkin ehtimaa görə, hadisənin baş verməsinə səbəb qaz sızması olub

Konya valisi İbrahim Akın hadisə yerinə baş çəkib, partlayışla bağlı məlumat alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər