- 14:10
Türkiyənin Adanana şəhərində Jandarma Komandanlığına məxsus girokopter qəzaya uğrayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, girokopter Adananın Sarıçam rayonunda keçirilən festival çərçivəsində Jandarma Komandanlığı tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinə havadan dəstək vermək üçün təyin edilib.
Havaya qalxan girokopterdə nasazlıq yaranıb və yerə sərt eniş edib.
Hadisə zamanı girokopterdə oaln 2 jandarma heyəti xəsarət alıb.
Bölgəyə təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.
Adana valisi Yavuz Səlim Köşger hadisə ilə məlumat alıb, yaralılara şəfa diləyib.
Şəbnəm Mehdizadə