- 15:59
ABŞ-də 60 il əvvəl itkin düşən qadın sağ tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 1962-ci ildə 20 yaşında ABŞ-nin Viskonsin ştatında yoxa çıxan Audrey Backebergin sağ olduğu məlum olub.
İstintaq çərçivəsində müəyyən edilib ki, o, öz istəyi ilə yoxa çıxıb.
İtkin düşən qadın vaxtilə əri tərəfindən zorakılığa məruz qaldığına görə polisə şikayət edib.
Rəfiqəsinin sözlərinə görə, anası və iki uşağı ilə yaşayan qadın sonuncu dəfə Viskonsin ştatından avtobusla İndianaya gedib və daha sonra ondan xəbər ala bilməyib.
İşin yenidən araşdırılması üçün detektiv İsaak Hansona tapşırıq verilib.
Dedektiv genetik əcdad araşdırma platforması vasitəsilə itkin qadına dair məlumat əldə edib. Bacınısının DNT profilindən əldə edilən məlumatlar detektivi düzgün ünvana aparıb.
Yerli polis vasitəsilə qadının kimliyi təsdiq edildikdən sonra detektiv onunla əlaqə saxlayıb. O, qərarından peşman olmadığını söyləyib.
Şəbnəm Mehdizadə