- 15:59
ABŞ-ın Corciya ştatında həbsxanadan qaçdığı düşünülən məhkumun məhkəmə binasında unudulduğu məlum olub.
E-huquq.az ABŞ mediasına istinadən xəbər verir ki, həbsxana rəsmiləri 1984-cü ildə qətl törətdiyinə görə həbs olunan məhkum Julian Brooks Deloachın kamerada olmadığını görüblər.
Həbsxanada fövqəladə vəziyyət elan edib, bütün qapılar bağlanıb və məhkum axtarışa verilib.
Həbsxananın bütün kameralarında axtarış aparılıb və kamera görüntülərinə baxış keçirilib.
Qaçdığı ehtimal edilən məhkumun məhkəmə binasında unudulduğu və 12 saatdır orada gözlədiyi məlum olub.
Şəbnəm Mehdizadə