Məşhur həbsxana yenidən açılacaq - Trampdan GÖSTƏRİŞ


  • 11:25

ABŞ-də keçmiş “Alkatraz” həbsxanasını yenidən fəaliyyət göstərəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp tapşırıq verib.

Belə ki, Tramp Alkatraz həbsxanasını ağır cinayət hadisələri törədən şəxslər üçün yenidən açmağı planlayır.

“Əvvəllər ən qatı cinayətkarları həbs etməkdən belə çəkinməzdik. Artıq bu cinayətkarlara tolerans göstərməyəcəyik" - deyə Tramp qeyd edib.

Prezident Federal Həbsxanalar Bürosuna sözügedən həbsxananın təmir etmək və genişləndirməklə bağlı göstəriş verib.

San Fransiskonun ən əhəmiyyətli simvollarından biri olan və Alkatraz adasında yerləşən həbsxana şəraitinə görə əsir düşərgəsinə bənzədilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər