- 15:59
Çilinin Atakama səhrası üzərində səmanı yaşıl işığa qərq edən parıltının qütb parıltısı (aurora) olmadığı məlum olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, bu, atmosferin təbii parıltısı olan hava parıltısıdır
Avropa Cənub Rəsədxanasının (ESO) tərkibinə daxil olan La Silla Rəsədxanası Çilinin Atakama səhrasında səmanı yaşıl rəngə boyayan qeyri-adi təbiət hadisəsini çəkib. Bildirilib ki, bu yaşıl parıltı qütb parıltısı deyil, atmosferin yuxarı hissəsindən yayılan təbii işıqdır.
Hava parıltısı (Airglow) qütb parıltısı ilə qarışdırılsa da, iki fenomen tamamilə fərqlidir. Belə ki, hava parıltısı,Günəşdən gələn ultrabənövşəyi şüalar tərəfindən atmosferdəki atom və molekullara təsir edən çox zəif parıltıdır.
Qütb parıltısı isə Günəşdən gələn yüklü hissəciklərin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində baş verən daha parlaq və müvəqqəti işıq partlayışlarıdır. Hava parıltısı çılpaq gözlə görünməyəcək qədər tutqundur; Onu yalnız çox qaranlıq yerlərdə yüksək həssaslığa malik kameralar görə bilər. Onun yaşıl rəngi adətən oksigen atomlarının enerji buraxması nəticəsində yaranır, lakin bəzən qırmızı və ya sarı tonlarda da görünə bilər.
Qütb parıltısından fərqli olaraq hava parıltısını gözlə görmək mümkün olmur, bunun üçün teleskopla onu yaxından araşdırmaq lazımdır.
Şəbnəm Mehdizadə