18 il ərzində ilanların onu sancmasına icazə verdi, qanından zərdab hazırlandı


  • 12:06

Amerikalı alimlər ölümcül ilan zəhərinə qarşı zərdab hazırlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-də yaşayan bir kişi özünə ölümcül ilan zəhəri vurub. O, həmçinin 18 il ərzində müxtəlif ilanların onu sancmasına icazə verib.

Belə ki, immunoloq Dr.Jacob Glanville 2017-ci ildə internetdə Tim Friede adlı bir nəfərin müxtəlif növ ölümcül ilan tərəfindən sancıldığını öyrənib. O, dərhal Tim Friede ilə əlaqə saxlayıb.

Timdən 40 millilitr qan nümunəsi götürülüb. Bu nümunədən alınan antikorlar Kolumbiya Universitetinin alimləri tərəfindən araşdırılıb.

Laboratoriya testlərində alınan antikorun 19 fərqli ilan növünə qarşı təsirli olduğu müəyyən edilib. Tədqiqatçılar 13 ilan növünə qarşı 100 faiz, 6 növə qarşı isə 20-40 faiz mühafizə əldə edib.

Beləliklə, Timin qan nümunələrindən əldə edilən antikorlarla 19 fərqli ilan növünün zəhərinə qarşı zərdab hazırlanıb.

Alimlərin fikrincə, yeni üsulda insan mənşəli antikorlardan istifadə edildiyi üçün əks təsirlərin daha az olacağı gözlənilir. İngiltərədəki Lancaster Universitetində ilan zəhəri üzrə ekspert Stiven Hall bunun innovativ bir yanaşma olduğunu deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər