- 15:59
Türkiyənin paytaxtı Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində FETÖ/PDY-yə üzv olmaqda təqsirli bilinən 38 nəfər barəsində həbs qərarı çıxarılıb.
Eyni vaxtda keçirilən əməliyyat zamanı 20-si dövlət qulluqçusu olmaqla, 33 nəfər saxlanılıb.
Digər 5 şübhəlinin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə