"Məhkəmədə bomba var" dedi, sonra müdafiə etdiyi şəxsi öldürdü - Vəkilin ŞOK ƏMƏLLƏRİ


  • 12:16

ABŞ-də vəkil məhkəmədən yayınmaq üçün müdafiə etdiyi şəxsi öldürməkdə ittiham olunur.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, vəkil Qreqori Mur 2013-cü ildə ABŞ-ın Ohayo ştatında 53 yaşlı tibb bacısı Aliza Şermanı qətlə yetirməkdə təqsirləndirilir.

Belə ki, Şerman 24 mart 2013-cü ildə Klivlend şəhərinin mərkəzində vəkilinin ofisinin qarşısında gözləyən zaman ona arxadan yaxınlaşan şəxs 10-dan çox bıçaq zərbəsi endirib. Həmin anlar təhlükəsizlik kameralarına da düşüb.

"NBC News"un əldə etdiyi məlumata görə, hadisə baş verən gün Mur Şermanla mesajlaşaraq saat 16:30-da ofisində görüşməyi xahiş edib. Onun hadisədən dərhal əvvəl və sonra Şermana mesaj göndərdiyi və zəng etdiyi də müəyyən edilib. İttiham tərəfinin fikrincə, bu səylər Murun hücumdan xəbərsiz olduğu barədə yanlış təəssürat yaratmaq məqsədi daşıyıb.

İttiham aktında deyilir ki, Mur müştərisini öldürərək boşanma işinə məhkəmədə baxılmasına mane olmağa çalışıb. Məhkəmə Şermanın ölümündən bir gün sonra başlamalı idi.

Məlumata görə, vəkil daha əvvəl 2012-ci ildə müdafiə etməli olduğu digər işlərə hazır olmadığını etiraf etməmək üçün bir neçə məhkəməyə telefonla zəng edərək bomba təhlükəsi barədə yalan məlumat verdiyinə görə həbs edilib.

Mur 2017-ci ildə Şermanın ölümü ilə bağlı istintaqda yalan ifadələr vermək və saxtakarlıq ittihamları qəbul edib. O, yaxın zamanda hakim qarşısına çıxarılacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər