Yəməndə 4,8 milyon insan didərgin düşüb - BMT-dən həyəcan siqnalı


  • 13:04

Yəməndə 4,8 milyon insan didərgin düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) "X" səhifəsində məlumat yayıb.

"Yəməndə 4,8 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Onların əksəriyyəti bir neçə dəfə qaçmağa məcbur olub", - deyə məlumatda deyilir.

Həmçinin təhlükəsiz sığınacaqlarla təmin olunmaqlarının qeyri-mümkün olduğu və evakuasiya riskinin artdığına diqqət çəkilib. Yəmənli ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğu vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər