Çində turist qayığı batdı: 9 nəfər öldü - FOTO


  • 13:22

Çinin Quyçjou əyalətində 4 turist qayığı çevrilib.

E-huquq.az xarici KİVə istinadən xəbər verir ki, Qianxi şəhərində baş verən faciəvi hadisə nəticəsində 9 turist həyatını itirib, 70 nəfər isə yaralanıb.

Hadisəyə güclü küləyin səbəb olduğu bildirilir.

Çin prezidenti Si Cinpin bütün mümkün vasitələrdən istifadə etməklə axtarış-xilasetmə işlərinin aparılmasını əmr edib.

O qeyd edib ki, son vaxtlar oxşar qəzalar artıb. Çin lideri təhlükəsizlik tədbirlərinin gücləndirilməli olduğunu söyləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər