- 09:23
Türkiyənin İstanbul şəhərində keçmiş həyat yoldaşını qaçırmaq istəyən şəxs onu küçənin ortasında öldürüb.
E-huquq.az DHA-ya istinadən xəbər verir ki, Şişlidə Rüstem Elibol adlı şəxs 3 dostu ilə əlbir olaraq keçmiş arvadı 34 yaşlı Bahar Aksunu qaçırmağa cəhd edib. Lakin qadın müqavimət göstərib avtomobilə minmədiyinə görə küçənin ortasında odlu silahdan ona 5-6 dəfə atəş açaraq öldürüb.
Rüstem Elibol və üç dostu polis tərəfindən saxlanılıb.
Şəbnəm Mehdizadə