ABŞ-də məzunların hökumətə 1,6 trilyon dollar tələbə krediti borcu var


  • 13:49

ABŞ-də 40 milyondan çox universitet məzununun 1,6 trilyon dollar məbləğində tələbə krediti borcu var.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Təhsil Nazirliyinin Federal Tələbə Yardım İdarəsi (FSA) məlumat yayıb.

Nazirliyin məlumatına görə, borc alanların yalnız 38 faizi ödənişlərini vaxtında edə bilir.

Borcalanlara növbəti iki həftə ərzində qurum tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndəriləcək.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden 2022-ci ildə hər bir borcalan üçün 20.000 dollara qədər tələbə krediti borcunu silməyi təklif edən amnistiya planını açıqlayıb. Lakin bu plan 2023-cü ilin iyununda Ali Məhkəmə tərəfindən ləğv edilib. Məhkəmə Bayden administrasiyasının belə bir amnistiya proqramını həyata keçirmək səlahiyyətinə malik olmadığına qərar verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər