- 19:29
Hindistan Çənab çayı vasitəsilə Pakistana su axınını dayandırıb.
E-huquq.az "India Today" qəzetinə istinadən xəbər verir ki, Hindistan 1960-cı ildə Cammu və Kəşmirdəki terror aktından sonra Pakistanla imzalanmış Hind Suları Müqaviləsini dayandırıb.
Belə ki, Hindistanın Çenab çayı üzərindəki Baqlihar bəndindən Pakistana suyun verilməsini dayandırıb. Hindistanın həmçinin Jelum çayı üzərindəki Kişanqanqa bəndindən su axınını kəsməyi planlaşdırdığı da iddia edilib.
Qeyd edək ki, aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Şəbnəm Mehdizadə