Sudanda partlayış olub


  • 11:54

Sudanın inzibati mərkəzi olan Port Sudanda Cənub Limanında partlayış və yanğınlar baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Port Sudan şəhərində güclü partlayış səsləri eşidildikdən sonra Cənubi Limanda yanğınlar başlayıb.

Ehtimal olunur ki, yanğınlar yanacaq anbarına hücumdan sonra baş verib.

İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Fondunun dünən Sudana çatdırdığı humanitar yardımlar bu limanda qəbul edilib və burada saxlanılır.

Yerli mətbuatın məlumatına görə, Port Sudan Beynəlxalq Hava Limanına da hücum edilib. Hücumdan sonra uçuşlar dayandırılsa da, hələlik Sudan rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər