- 18:37
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 48 nəfər ölüb, 142 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 2 507 fələstinli həyatını itirib, 6 711 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 52 615-ə, yaralıların sayı isə 118 752- yə çatıb.
Humay Eminqızı