Məhkəmə Trampın bu tələbini rədd etdi


  • 17:25

Donald Tramp administrasiyasının yüz minlərlə miqrantın müvəqqəti hüquqi statusunu ləğv etmək tələbi rədd edilib.

E-huquq.az ABŞ-ın “Newsweek” jurnalına istinadən xəbər verir ki, bu barədə Boston 1-ci Dairə Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Məhkəmə keçmiş prezident Co Bayden dövründə başlayan və Ukrayna, Əfqanıstan, Kuba, Haiti, Nikaraqua və Venesuela da daxil olmaqla ölkələrdən gələn mühacirlərin ABŞ-da müvəqqəti sığınacaq axtarmasına icazə verən proqramın sona çatmasına icazə verməyib.

Qeyd edək ki, Tramp ABŞ-də doğulan mühacirlərin uşaqlarına avtomatik vətəndaşlıq verilməsi qaydasının ləğv ediləcəyini və Konstitusiyaya bu hüququ verən 14-cü Düzəlişin yenidən şərh edilməsi lazım olduğunu bildirib. Sərhəddəki qeyri-qanuni mühacir axınına sərt tədbirlərlə son qoyacağını bildirən Tramp ölkəyə qanuni miqrasiyaya icazə verən “CBP One” adlı tətbiqin silindiyini açıqlayıb. Prezident ABŞ-Meksika sərhədində təhlükəsizlik tədbirlərini artırmaq üçün yeni sərəncam imzalayıb və həmçinin sərhədə əlavə 1500 əsgər göndərməklə bağlı qərar verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər