22.10.2026
Hindistanda sel nəticəsində 14 nəfər ölüb
Dünya

Hindistanda sel nəticəsində 14 nəfər ölüb

May 6, 2025

Hindistanın Qucarat əyalətində güclü yağışlar nəticəsində baş verən sel ciddi fəsadlar törədib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, sel nəticəsində 14 nəfər həyatını itirib,16 nəfər isə yaralanıb.

Dövlət Kənd Təsərrüfatı Naziri Anju Sharma yağışların vurduğu zərərlə bağlı hesabat hazırladıqlarını bildirib.

O qeyd edib ki, yerli icra hakimiyyəti orqanları itkiləri qiymətləndirəcək və hesabatları hökumətə təqdim edəcək.

Şəbnəm Mehdizadə