- 09:51
Pakistanın Baş naziri Şahbaz Şərif Pakistan Ordusunun Milli Komandanlıq Şurasını Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq üçün çağırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb.
Məlumatda deyilir: "Pakistanın Hindistana qarşı hərbi əməliyyata başlamasından və Hindistanın bir neçə hərbi obyektini vurmasından az sonra baş nazir Şahbaz Şərif Milli Komandanlıq Şurasının iclasını çağırıb".
***
Pakistan ordusu Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Geo” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrinə istinadən məlumat yayıb.
Kanalın saytındakı məlumata görə, əməliyyat “Hindistanın davam edən təxribatlarına” birbaşa cavab olub.
Bildirilir ki, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəflərə zərbələr endirir. Bisada “BrahMos” raket anbarının məhv edilməsi barədə məlumat var.
Bundan əvvəl Hindistan Pakistanın üç aviabazasına raket zərbələri endirib.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif demişdi ki, Yeni Dehlinin hərəkətləri səbəbindən ölkəsinin genişmiqyaslı müharibəyə girməkdən başqa seçimi qalmayıb.