Rubio: Münaqişənin həllində ABŞ köməyini təklif edir


  • 09:00

ABŞ-nin dövlət katibi Marko Rubio Pakistanın Baş Qərargah rəisi Asim Munirlə danışıb.

E-huquq.az xəbər verir ki, söhbət zamanı M.Rubio Hindistan və Pakistan arasındakı münaqişənin həllində ABŞ-nin yardım təklifini önə çəkib.

Məlumatı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yayıb.

Bryus bildirib: “Rubio hər iki tərəfi gərginliyi azaltmaq yollarını tapmağa çağırıb. ABŞ münaqişələrin qarşısını almaq üçün konstruktiv danışıqların təşkilində yardım təklif etdi”.

Oxşar xəbərlər